Souslu Hind Quşu Ciyəri

Souslu Hind Quşu Ciyəri

Souslu Hind Quşu Ciyəri

Tərkibi:

Hind quşu ciyəri
Soğan – 4 ədəd
Zəncəfil tozu – 1/3 ç.q
Üyüdülmüş keşniş – 1 ç.q
Sarımsaq tozu – 1 ç.q
Qara istiot – 1/3 ç.q
Qəhvəyi şəkər tozu – 1 y.m
Üzüm sirkəsi – 3 y.m
Qırmızı şərab – 3 y.m
Zeytun yağı
Kərə yağı
Duz (zövqə görə)

Hazırlanması:

🔺Hind Quşu ciyərinin üzərinə zəncəfil tozu, sarımsaq tozu, üyüdülmüş keşniş, duz əlavə edib qarışdırırıq. Soğanı ikiyə bölüb incə doğrayırıq. Üzərinə duz, qəhvəyi şəkər tozu əlavə edib rəngi dəyişənə kimi zeytun yağında qovururuq. Daha sonra üzüm sirkəsi, qırmızı şərab elavə edib tam qovururuq.
🔺Başqa bir tavada kərə yağı ilə ciyərləri qızardırıq. Qızarana yaxın qırmızı şərab elavə edirik. Tam bişdikdə servis edə bilərsiniz. Nuş olsun!