Hind quşu mədə sousu

Hind quşu mədə sousu

Hind quşu mədə sousu

Tərkibi:

Hind quşu mədəsi – 250 qr
Soğan (doğranmış) – 1ədəd
Sarımsaq (əzilmiş) – 1 diş
Təzə zəncəfil (rəndələnmiş)
Yağ
Üyüdülmüş kimyon – 1/2 ç.q
Acı bibər – 1/2 ç.q
Paprika – 1/2 ç.q
Duz və qara istiot (zövqə görə)
Dəfnə yarpağı – 1 ədəd
Keşniş (doğranmış) – bir dəstə (kiçik)

Hazırlanması:

🔺Tavada yağı qızdırıb soğan, sarımsaq və zəncəfili ədviyyatlarla birlikdə yumşalana qədər qovurun.

🔺Üzərinə hind quşu mədəsini və 1 stəkan su əlavə edib orta odda 30 dəqiqə qapaq altında bişirin.

🔺Duz və istiot, dəfnə yarpağı əlavə edib, qapağı bağlı tam bişənə qədər gözləyin. Ən sonda keşniş əlavə edin. Nuş olsun!