Hind quşu salatı

Hind quşu salatı

Hind quşu salatı

🔺Marinad üçün:

Hind quşu filesi
Soya sousu – 2 y.q
Bal – 1 y.q
Sarımsaq – 1 diş

🔺Salat üçün:

Kahı
Çerri pomidoru
Dorblu pendiri
Qaynadılmış yumurta -2 əd.

🔺Sousu üçün:

Zeytun yağı və ya sevdiyiniz yağ – 3 y.q
Bal 1 ç.q
Soya sousu – 1 ç.q
Ədviyyat zövqə görə.

Hazırlanması:

🔻Hind quşu filesinin üzərinə soya sousu, bal və sarımsaq əlavə edib 3 saat soyuducuda gözlədirik (və ya gecədən hazırlayıb soyuducuda gözlədə bilərsiniz).

🔻Öncədən hazırladığımız fileni qızardırıq. Kahını əl ilə doğrayıb bir qaba əlavə edirik. Üzərinə qızarmış fileni, çerri pomidorlarını, pendiri doğrayıb əlavə edirik.

🔻Ən sonda sousu əlavə edirik. İstəyə görə küncüt əlavə edə bilərsiniz. Nuş olsun!