Qızardılmış Hind Quşu

Qızardılmış Hind Quşu

Qızardılmış Hind Quşu

Tərkibi:

Hind quşu filesi – 500 q
Portağal – 1 əd.
Sarımsaq – 2 diş
Zəncəfil kökü – 20 q
Zeytun yağı 20 ml
Reyhan və cəfəri – hər biri 2-3 budaq
Quş əti üçün ədviyyat – 1/2 ç.q
Duz, istiot (zövqə görə)

Hazırlanması:

🔺Hind quşu filesini 1 sm qalınlığında hissələrə bölün.
🔺Dərin bir qaba portağal suyu, 1 yemək qaşığı zeytun yağı və hind quşu filesini əlavə edin.
🔺Üzərinə duz, itiot, cəfəri, reyhan, həmçinin dilimlənmiş sarımsaq və zəncəfil kökü əlavə edin.
🔺Qarışdırın və əti marinad etmək üçün 30 dəqiqə gözlədin. Daha dadlı olması üçün hind quşu ətini uzun müddət (gecədən) soyuducuda gözlədə bilərsiniz.
🔺180 dərəcədə fileni qızılı rəng alana qədər qızardın. İstəyə görə qarnirlə servis edə bilərsiniz. Nuş olsun!